Astarainfo.az “Ölkə.Az”-a istinadən məlumat verir ki,, Abu-Dabidə baş tutan Qran-prinin yekununa əsasən müəyyənləşən siyahını Azərbaycan millisinin aparıcı cüdoçuları üçün uğurlu hesab etmək olar.
Belə ki, Fərhad Məmmədovun yetirmələrindən Nicat Şıxəlizadə (66 kq) 7 pillə irəliləyib. Qran-pridə gümüş medal qazanan həmyerlimiz 6-cı yerə yüksəlib. Birləşmiş Ərəb Əmirliklərində 3-cü olan Məmmədəli Mehdiyev (90 kq) də mövqeyini yaxşılaşdırıb. O, 2 rəqibini qabaqlamaqla, 11-ci pilləyə qalxıb. Abu-Dabidə digər finalçımız İrina Kindzerska (+78 kq) da siyahıda irəliləyib. Milliləşdirilmiş legionerimiz 9-cu yeri 6-ya dəyişib.
Qran-pridən bürünc medalla qayıdan Rüstəm Orucov (73 kq) isə mövqeyini qoruyub. O, yenə 2-cidi. Orucovun mübarizə apardığı çəki dərəcəsində yığmadakı əsas rəqibi Hidayət Heydərovun zədə səbəbindən Abu-Dabiyə yollanmaması əleyhinə işləyib. Az öncə gənclər arasında dünya çempionu olan cüdoçu 3-cü yerdən 4-ə enib.
Digər cüdoçularımıza gəlincə, Vüqar Şirinli (60 kq) və Uşanqi Kokauri (+100 kq) hərəyə 2, Aişə Qurbanlı (48 kq) ilə Nəzakət Əzizova (52 kq) hərəyə 1 pillə irəliləyiblər. Onlar hazırda müvafiq olaraq, 29-cu, 20-ci, 39-cu və 30-cüdü. Orxan Səfərovla (60 kq) Tural Səfquliyevin (90 kq) yeri isə dəyişməz qalıb. Bu cüdoçulardan birincisi 3-cü, ikincisi 15-ci pillədə qərar tutub.
100 kq çəki dərəcəsində millimizin üzvü Elxan Məmmədov isə liderliyi təhvil verib. 2 pillə geriləyən dünya çempionumuz 3-cü yerə enib. Onunla eyni çəkidə yarışan Elmar Qasımov da 2 rəqibini özündən irəli buraxıb və 6-cı yeri tutur.