Beynəlxalq Muğam Mərkəzində “Amerika Muğam Cəmiyyəti”nin sədri, kaman və tar ifaçısı Cefri Verbakın konserti keçirilib.
Trend-in məlumatına görə. Azərbaycan milli geyimində səhnəyə çıxan C.Verbak muğam pərəstişkarı olduğunu, bu çətin, mürəkkəb, zərif musiqini sevdiyini və “Amerika Muğam Cəmiyyəti”nin xətti ilə ABŞ-da və dünyanın digər ölkələrində muğamı təbliğ etməyə çalışdığını bildirib.
Sonra C.Verbak kamançada “Segah” muğamını, tarda isə digər muğamlardan müxtəlif parçaları ifa edib.
Konsertdə Azərbaycanın əməkdar artistləri Sahib Paşazadənin(tar) və Toğrul Əsədullayevin (kamança) müşayiəti ilə xanəndə Rəvan İsmayilov “Qarabağ şikəstəsi”ni ifa edib.
Əməkdar artist Sahib Paşazadə C.Verbakın Azərbaycan muğamına olan sevgisindən, ABŞ-da muğamı təbliğ etməsindən və Fransada birlikdə keçirilən konsertlərindən söhbət açıb.
Sonra Sahib Paşazadə tarda (solo)- “Segah”, Togrul Əsədullayev kamançada (solo)-“Şur” muğamlarını ifa ediblər. C.Verbak konsertə gələn qonaqlara minnətdarlığını bildirib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...