İran ordusu yeni avia-bombaları sınaqdan keçirib.
Astarainfo.az”Ölkə.Az”-a istinadən xəbər verir ki, təlimlər çərçivəsində İran hərbi hava qüvvələri idarəedilən avia-bombaları sınaqdan keçirib. Təlimlər İsfəhan vilayətində keçirilib.
“Tasnim” agentliyinin xəbərinə əssən, “F-7” tipli hərbi təyyrələr uzaqdan idarəedilən avia-bomba və raketləri sınaqdan keçiriblər. Bu, İranın yerli istehsalıdır.
Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Məsud Rujxoş bəyan edib ki, “F-5” və “HESA Saeqeh” qırıcıları 226 kq çəkisi olan bombalarla hədəfi məhv ediblər.