Masallıda 3 otaqlı ev yanıb

Masallıda ev yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Həsənli kəndində birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.