“Azərbaycan daim Türkiyənin dəstəyini və diqqətini hiss edib, bu gün də hiss edir”.
APA-nın məlumatına görə, bunu Türkiyənin müstəqilliyinin ildönümü ilə bağlı keçirilən tədbirdə Azərbaycan baş nazirinin müavini Abid Şərifov deyib.
O bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: “İki ölkə xalqlarımızın daha da yaxınlaşması üçün bütün qüvvə və səylərini sərf edir. Qarşılıqlı dəstək əlaqələrin daha da genişlənməsinə təkan verir. Azərbaycanın acısı olan Dağlıq Qarabağ məsələsində də Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ötən gün Bakıda keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında bir sıra sənədlər imzalandı. Bu sənədlər əlaqələrimizin daha inkişafına təkan verəcək. İki gün əvvəl açılışı olan Bakı-Tbilisi-Qars xətti sabitliyə və iqtisadi inkişafa töhfədir. Bu töhfənin əsasında Azərbaycanla Türkiyənin sarsılmaz dostluğu dayanır”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...