Astarainfo.az xəbər verir ki, 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamınına əsasən oktyabrın 30-da Astara rayon Mərkəzi Kitabxanasında 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə rayon MKS-nin direktoru Tural Eyvazov açaraq İslamın sülh, sevgi, dostluq dini olduğunu həmçinin Azərbaycan cəmiyyətində humanist düşüncənin hakim olduğunu bildirib. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinə diqqət çəkən T.Eyvazov qeyd edib ki, paytaxt Bakının bu cür beynəlxalq turnirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasından xəbər verir.
O bildirmişdir ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin dünyanın aparıcı KİV-lərinin əsas xəbərinə çevrilməsi Azərbycanın sivilizasiyalararası münasibətlərdə vacib tərəfdaş kimi çıxış etdiyinin bir daha təsdiqləyir. Son illər Bakıda İslam ölkələrinin iştirakı ilə müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın İslam dövlətləri arasında mənəvi körpü rolu olduğunun göstəricisidir.
Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Bayramov, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov çıxış etmişdir. Çıxışlarda Azərbaycanın mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün əsrlər boyu dinlər və sivilizasiyalar arasında aparıcı rol oynadığından söz açılmış, ölkəmizdə hakim olan sağlam mənəvi mühitin qorunub-saxlanılmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyü bildirilib.
Astarainfo.az
Natəvan Mədətzadə