Astarainfo.az xəbər verir ki, noyabrın 1-də Həmrəyliyimiz gücümüzdür, oxuyan cəmiyyət yaradaq devizi ilə Astarada “Kitab və Qəzet” yarmarkası keçirilib.
Astara rayon icra hakimiyyəti, Astara Mərkəzi Kitabxanası,Astara qəzeti, Astara Book House kitab evi, Astara Gənclər və İdman İdarəsi və Gənclərin Sosial İnkişafına Dəstək İctimayi birliyinin birgə təşkilatçılığı ilə 9 noyabr Bayraq Gününə həsr olunmuş ehtiyacı olan şəhid ailələrinə yardım etmək məqsədilə “Kitab və Qəzet” yarmarkası keçirilmişdir.
Tədbirdə çıxış edən Mərkəzi Kitabxananın direktoru Tural Eyvazov, “Astara” qəzetinin baş redaktoru və layihənin rəhbəri Fəridə Söhrabqızı qeyd etmişlər ki, 9 noyabr Bayraq Gününə həsr olunan, Astarada ilk dəfə keçirilən “Kitab və Qəzet” yarmarkasının əsas məqsədi marifləndirmək,bilgiləndirmək, kitaba,qəzetə olan həvəsi artırmaq, milli-mənəvi dəyərlərimizi,tariximizi qoruyub saxlayan kitablarımızı,qəzetimizi yaşatmaq, gənclərimizi oxumağa həvəsləndirmək və həmçinin ehtiyacı olan şəhid ailəsinə yardım etməkdir.
Yarmarkada kitaba və qəzetə töhfə verən, tariximizi, mədəniyyətimizi, o cümlədən bölgələrimizin mədəni zənginliyini təbliğ edən 500-dən artıq yerli və xarici nəşrli kitablar yarmarkada sərgilənmişdir. Kitab,qəzet -yarmarkasında müxtəlif məzmunlu nəşrlər, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən elmi, texniki, tibbi və müxtəlif sahələrdəki kitablarlar, həmçinin Astara qəzetinin yeni və əvvəlki nömrələrindən əldə etmək mümkün olmuşdur.
Layihənin rəhbəri Fəridə Söhrabqızından aldığımız məlumata görə, bu cür layihələrin həyata keçirilməsi insanlara vətənpərvərlik, həmrəylik,yardımlaşma, dostluq,mehribanlıq ruhunu aşılayır. Bu cür layihələrimizin Astarada davam etməsi və ənənə halını alması üçün daim çalışacağıq. Həmrəyliyimiz gücümüzdür,oxuyan cəmiyyət yaradaq devizi altında keçirdiyimiz yarmarka uğurla başa çatmışdır.
Yarmarkada rayon icra hakimiyyəti aparatının ictimayi-siyasi və humanitar şöbəsinin məsləhətçisi Elşad Axundov, Astara Mərkəzi Kitabxanasının müdiri Tural Eyvazov, “Astara” qəzetinin baş redaktou Fəridə Söhrabqızı, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova,Astara rayon icra hakimiyyəti hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov,Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı,
Gənclərin Sosial İnkişafına Dəstək İctimayi Birliyinin sədri Rövşən Bağırov,ictimaiyyətin nümayəndələri,ziyalılar, təşkilatlar,məktəblər, kollec tələbələri və yerli əhali mütəşəkilliklə iştirak etmişlər.
Astarainfo.az