Çempionlar Liqasının qrup mərhələsinin IV turunun ilk oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, keçirilən 8 qarşılaşma siyahıda bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycanın ilk “100-lük”dəki yeganə təmsilçisi “Qarabağ”ın da mövqeyi dəyişib. İspaniyada “Atletiko” ilə 1:1 hesablı heç-heçə edən çempionumuz aktivinə daha 1 xal yazıb.
2018-ci ilin yayından tətbiq olunacaq yeni hesablama metodu üzrə tərtib edilən cədvəldə Qurban Qurbanovun yetirmələrinin 20,500 xalı var.
Ağdam klubu hazırda Avropanın 65-cisi adına şərikdi. Təmsilçimiz Sloveniyanın “Maribor” klubu ilə eyni göstəriciyə malikdi.
“Atletiko” ilə görüşədək Hollandiya “Feyenoord”u və Belarus BATE-si ilə 66-cı sıranı bölən “Qarabağ” 1 addım irəliləyib.
Siyahıya isə İspaniya “Real”ı başçılıq edir. Madrid klubunun aktivində 139,000 xal var.
Qeyd edək ki, hələlik rəsmi xarakter daşıyan, lakin yeni mövsümdə – yəni indiki nəticələrin nəzərə alınacağı vaxt etibarsız olan köhnə metodlu cədvəldə isə “Qarabağ”ın 24,225 xalı var.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...