Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq Böyüt 01/11/2017 Share on facebook Twitter tweet Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, R. Hüseynovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 19:00-da Almaniyadan yola salınacaq. Xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sabah saat 10:00-dan 12:00-dək keçiriləcək. Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.