Sumqayıtda 21 yaşlı qız intihar edib

Sumqayıtda intihar olub.
APA-nın məlumatına görə, şəhər sakini, 1996-cı il təvəllüdlü Şəmsiyyə Şəmistan qızı Zeynalova yaşadığı evdə özünü asıb.
Ş. Zeynalovanın özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.