Yanaqlarda qırmızı səpgilər xroniki dəri xəstəliyidir. Qırmızı səpgilər yanağın orta hissəsində əmələ gəlir, irinli və irinsiz formalara malik olurlar. Bəzi hallarda qızartı və səpgilər çənə və alın hissədə də əmələ gələ bilir. Qızartılara diqqətlə baxdıqda onların qırmızı rəngli irinli papulalardan ibarət olduğu görünür.
Xəstəlik yanaqlarda dərialtı piy toxumasının da zədələnməsi ilə müşahidə edilə bilir.
Astarainfo.az immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər xəstəliyin əmələ gəlməsində bəzi faktorların rol oynadığını qeyd edirlər. Bu faktorlara aşağıdakılar aiddir:
* həzm sisteminin pozulması
* mədə turşuluğunun az olması
* qaraciyər funksiyasının pozulması
* xolisistit
* kolit
* qəbizlik.
Daxili orqanlarda bu xəstəliklərdən birinin olması yanaqlarda irinli qızartının əmələ gəlməsi üçün bir səbəb hesab edilmir. Çünki bəzi adamlarda yuxarıda sadalanan xəstəliklərin heç biri olmadığı halda yanaqda qızartılar əmələ gələ bilir. Xəstəliyin əmələ gəlmə səbəbi kimi endokrin sistemin xəstəlikləri də əsas götürülür. Belə ki, yumurtalıqların normal işləməməsi, hormonal kontraseptivlərin istifadəsi, rinit, sinusit xəstəliklərinin də yanaqlarda irinli qızartılara səbəb olduğu söylənilir. Xəstəliyin əmələ gəlməsində avitaminozların, psixoemosional gərginliklərin, orqanizmdə sərbəst yağ turşularının mübadilə pozğunluğunun olması da istisna olunmur.
Müalicəsi:
Xəstəliyin müalicəi mədədən başlanır. Xəstəyə ac qarına mineral su (Yessentuki) içmək tövsiyə edilir, xəstəyə ödqovucular təyin olunur. Qaraciyər fəaliyyətini artıran vasitələrdən istifadə etmək tövsiyə edilir.
Əsas müalicə aşağıdakı istiqamətdə aparılır:
* yumurtalıqların fəaliyyəti normaya salınır
* antibakterial müayinə təyin edilir
* mədə bağırsağın funksiyası normallaşdırılır
* vitaminlər təyin edilir
* yerli müalicə tətbiq olunur.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...