Hollandiyada aparılan bir araşdırma zamanı çox qəribə məqam ortaya çıxıb. Araşdırma zamanı kişilərin ən az bir dəfə hamilə qalmış qadınlardan qan almasının çox ciddi sağlamlıq problemlərinə yol açdığı müəyyənləşib.
Astarainfo.az ailem.az-a istinadən təəccüblü nəticələri təqdim edir.
Yeni araşdırmanın nəticəsinə görə, həyatında ən az bir dəfə hamilə qalan qadından qan köçürülmüş kişilərin ölüm riski daha yüksəkdir. 50 yaşdan aşağı və hamilə qalmış bir qadından qan almış kişilərin ölüm faizinin 1 qat daha çox olduğu ortaya çıxıb. Bu da ölüm səviyyəsində 6 faizlik bir artım deməkdir.
Alimlər bunu hamiləlik zamanı dəyişən immunitet sisteminin bu nəticə ilə bağlantılı ola biləcəyini önə sürürlər.
Buna baxmayaraq, İngiltərə sağlamlıq idarəsi hamiləlik keçirən və ya keçirməyən bütün qadınlardan qan almağa davam etdiyini açıqlayıb.