“Bakı metrosunda səhər saat 08:04-də 15 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranıb”.
Bunu “APA-Economics”ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, “Həzi Aslanov” stansiyasında xəttə gərginliyin verilişi dayandırılıb, daha sonra nasaz qatar xətdən çıxarılıb. “Metronun “Həzi Aslanov” stansiyasında gərginlik olmadığı üçün qatarları “Əhmədli” və “Neftçilər” stansiyasından digər xəttə verməklə geri qaytarırdıq. Yarım saat sonra “Həzi Aslanov” stansiyasında da hərəkət bərpa olunub. Əsas gecikmə sadəcə ilk 15 dəqiqədə baş verib. Daha sonra intervalı bərpa etdik”, – deyə N. Paşayev vurğulayıb.
Qurum rəsmisinin sözlərinə görə, qatarların qrafikində pozulma baş versə də, problem aradan qaldırılıb: “Qatarların bəzi stansiyalarda gözlədilməsi də sırf qrafiki bərpa etmək məqsədi güdürdü. Tunellərdə qalmasın deyə stansiyalarda saxlayırdıq”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...