Qanda dəmiri yüksəldən qidalar – ANEMİYANIN QARŞISINI ALIR

Dəmir çatışmazlığı anemiyaya səbəb olan başlıca səbəblərdən biridir. Qadınlar menstruasiya dövründə və doğuşda çox qan itirdikləri üçün dəmir əskikliyi anemiyası riskləri daha yüksəkdir. Uşaq doğmaq yaşına gəlmiş qadınların gündə 18 mq, kişilərin isə sadəcə 8 mq dəmir qəbul etməsinə ehtiyac var.

Ailem.az gündəlik dəmir ehtiyacınızı ödəyəcək faydalı qidalar barədə məlumat verir. Bildirək ki, orqanizminizin ehtiyacı olan dəmir C vitamini baxımından zəngin meyvələrdə olur. Aşağıda qidaları yeməklə dəmir əskikliyi anemiyası riskini azalda bilərsiniz.

Günəşdə qurudulmuş pomidor

Günəşdə qurudulan pomidor dəmir baxımından ən zəngin qidalardan biridir. 100 qram pomidorda 9.1 mq dəmir var. Bu da gündəlik ehtiyacınızın yarısı deməkdir.

Kişmiş

 

Kişmişin tərkibində bir çox meyvədən daha çox dəmir var. Bir stəkan quru üzümdə 3.2 mq dəmir var. Quru üzümü qovun, portağal, çiyələk kimi C vitamini baxımından zəngin meyvələrlə birlikdə yeyərək, dəmirin bədən tərəfindən əmilməsini artıra bilərsiniz.

Xurma

Yüksək səviyyədə şəkər və kalori tərkibli olduğu üçün arıqlamaq istəyənlərə yaxşı bir alternativ olmaya bilər. Ancaq ölçülü miqdarda yedikdə xurma dəmir çatışmazlığı ilə mübarizə aparmağa kömək edir. Həmçinin xurmada olan potasium, lif və antioksidantlar ürək sağlamlığı üçün də faydalıdır.

Ərik qurusu

Bir pors ərik qurusu gündəlik dəmir ehtiyacının 19 faizini qarşılayır. Quru qaysı dəmir çatışmazlığının qarşısını almaqla yanaşı, sümükləri gücləndirir, ürək sağlamlığını qoruyur və dəriyə fayda verir.

Nar

Nar dəmir, C vitamini, K vitamini, lif, fol və potasium qaynağıdır. Ayrıca narda olan antioksidantlar ürəyə faydalıdır və qanı təmizləyir. Nar suyunun xərçənglə savaşdığı, təzyiqi düşürdüyü və hafizəyə faydası olduğu da sübut olunub. Gündə bir stəkan nar suyu içərək, bu faydalarından yararlana bilərsiniz.

Tut qurusu

Tutun tərkibində portağaldan daha çox C vitamini var. Həmçinin tut antioksidant, dəmir və liflə zəngindir. Bir pors tut qurusu gündəlik dəmir ehtiyacının 30 faizini qarşılamağa yetir.