Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin cari reytinqində ikinci yerə yüksəlib.
Astarainfo.az “oxu.az”-a istinadən xəbərinə görə, o, belə uğura imza atan ilk azərbaycanlı şahmatçı olub.
Bu gün Avropa çempionatında çexiyalı David Navara üzərindəki qələbədən sonra Ş.Məmmədyarov əmsalını 2801,5 çatdırıb. Bununla da, o, erməni Levon Aronyan (2799,9) və amerikalı Fabiano Karuananı (2799). qabaqlayıb
Hazırda Məmmədyarov yalnız dünya çempionu, norveçli Maqnus Karlsendən (2837) geri qalır.
Qeyd edək ki, bundan əvvəl heç bir azərbaycanlı şahmatçı FİDE reytinqində belə yüksək pilləyə qalxmamışdı.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...