ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Nyu-Yorkda avtomobili velosiped sürən şəxslərin üzərinə sürmüş Özbəkistan vətəndaşı Sayfullo Saipovun edam edilməsini tələb edib.
Trend-in məlumatına görə, ABŞ lideri bu barədə özünün Twitter səhifəsində yazıb: “8 nəfərin ölümünə səbəb olmuş o terrorçu ölümə layiqdir”.
Qeyd edək ki, həmin hadisə Manhettendə baş verib və avtomobilin velosiped yoluna çıxması nəticəsində 8 nəfər həlak olub, daha 12 nəfər ağır xəsarətlər alıb.