Türkiyədə terrorçularla atışmada 4 nəfər şəhid olub

 Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonuda təhlükəsizlik qüvvələri və hərbçilərlə terrorçu PKK qruplaşması silahlıları arasında atışma olub.
“Report” “Haber7″yə istinadən xəbər verir ki, nəticədə 2 hərbçi və 2 kənd qoruqçusu şəhid olub.
Atışma nəticəsində 4 terrorçu məhv edilib.
Sağ qalan terrorçuların İraq ərazisindən keçdiyi bildirilib.
Bölgədə anti-terror əməliyyatları davam edir.