Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) oktyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 318,7 mln. dollar məbləğində vəsait satılıb.
Cari ilin sentyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 252,2 mln. dollar satıb. Beləliklə, sentyabr ayı ilə müqayisədə oktyabrda Fond tərəfindən satılan valyutanın həcmi 26,37% artıb.
Ümumilikdə, yanvar-oktyabr ayları ərzində ARDNF valyuta hərraclarında 2 mlrd. 804,42 mln. dollar satıb.
Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...