Gələn ildən etibarən sərnişinlər Bakıdan Gəncəyə sürət qatarları vasitəsi ilə cəmi 4 saata çata biləcəklər. Bunun üçün hazırda dəmir yolu xətlərinin bərpası, yeni qatarların sifarişi məsələləri həll edilir.

Bunu ”Xəzər Xəbər”ə eksklüziv açıqlamasında ”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

Cavid Qurbanov əlavə edib ki, 2019-cu ildə isə surət qatarları ilə vaxt itirmədən birbaşa “Qırmızı körpü” Sərhəd-Keçid Məntəqəsinə qədər gedib çatmaq mümkün olacaq.

Layihənin ikinci mərhələsi də yekunlaşdıqdan sonra bu istiqamətdə hərəkət edən vaxta iki dəfəyədək qənaət edəcəklər.

Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, burada əsas parametr keyfiyyət və təhlükəsizlikdir. Artıq həm Türkiyə, həm də Azərbaycan dəmri yolu xəttində hərəkət edə bilən vaqon və lokomotivləri sifariş verib. Tariflər haqqında danışmaq isə hələ tezdir. Amma istənilən halda qiymətlər digər nəqliyyat vasitələri ilə müqayisədə sərnişinlərin büdcəsinə daha uyğun olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: