Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə sənəd imzalayıb.
Astarainfo.az XəzərXəbər-ə istinadən xəbər verir ki, sənədə əsasən, Daxili İşlər Nazirliyinin vəzifələri sırasına aşağıdakı 3.1.17-1-ci yarımbənd əlavə edilib:
“dövlət avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış təkliflər verir, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsində iştirak edir”.