Ətraf aləmdə baş verən hadisələri yalnız duyub qavramaqla, yadda saxlamaqla kifayətlənmir insan həmçinin onu öz duyğuları ilə qələmə də alır.

Cəmiyyət formalaşandan, insan yaranandan hislər,duyğular da yaranmışdır.Duyqusal həyatımızı ağılla idarə etməliyik ki, düşüncələrimizi və məqsədlərimizi həyata keçirə bilək.  Qərarlarımız və hərəkətlərimiz  çox  zaman duyğuların  basqısına məruz qaldığı üçün gerçəkləşdirə bilmirik. Ürəyin özünü necə hiss etməsi duyğuların yaxşı və pis olmasından asılıdır. Düşüncələrimizdə sonsuz bir zaman sahib ola bilərik amma duyğularımızda isə bu sonsuzluq artıq bitir.

Hər birimizin səsli və ya səssiz duyğularımız  mütləq  vardır. Kimimiz səsli, kimimiz içində saxlayaraq, kimimiz isə bir parça ağ kağıza bu duyğuları yansıta bilirik. İnsanlar duyğularını  daha yaxşı tanıdıqları üçün həyatın ən önəmli qərarlarını  da məhz bunun üzərindən verirlər.

Hisslər və duyğular   şəxsi  xarakter daşıyır o, şəxsin bilik və təcrübəsindən,fərdi xüsusiyyətlərindən, eləcə də düşdüyü  vəziyyətdən asılı olur.  Duyğular bizim kim olduğumuzu tanıdar, düşüncələr isə bizim nə etdiyimizi göstərər.

Ağlımıza gələn fikriləri düşüncələrimiz ilə tənzimləyir sonra duyğularla ifadə edirik. Duyğuların səsli ifadəsi səssiz kağızlar: Bəli sadə 5 sözdən ibarət cümlə amma içində olan duyğular isə ifadəsizdir.

Sevinmək, sevmək, kədərlənmək, qorxmaq,üzülmək,heyrətlənmək,utanmaq və sairə bunlar duyğulaımızın gözlə  görünməyən  amma qələm ilə yazıla bilən duyğu ünsürlərimizdir.Duyğular ölməzliyi ilə var olan hislərdir. Hər bir insanın əbədi ruhunda yaşayır. Fikirlər, duyğular, düşüncələr ifadə  olunmaq üçün yaradılmışdır.

 Bu bir həqiqətdir ki, düşüncələrimizi qələmə alarkən qarşımızda ağ kağız , göy qələm və səssiz duyğular olur. Kağız və qələmə  toxuna bildiyin  halda  duyğularına  isə toxuna bilmirsən. O, sənə toxunur, sənin var  olduğunu  sübut edir. Adi bir kağız  parçası , sadə bir qələm  indi  nələr  yazacaq. Sən yazdıqca kağız səni dinləyir, sənin yazdıqlarını istəsə də, istəməsə də qəbul edir. Düşünürük  ki, ağ ,boş bir kağız parçası bizə nə faydası  ola bilər? Onu deyim ki,  duyğularını səsli ifadə etmiyənlər  hər zaman kağıza müraciət edirlər . Beleliklə düşüncə və duyğulardan ibarət olan kağızlar  bir  möhtəşəm  kitab halına gəlir. Bu kitab da insanın səssiz duyğularını  səsli şəkildə insanlara  çatdırır.

İfadə olunmayan duyğular var.Hansı ki, yorulduğun,üzüldüyün, sevindiyin  zaman  onu ifadə edə bilmirsən. Və o zaman sənin köməyinə  qələm və kağız  gəlir. İçindən gəldiyi kimi kağızla söhbət edirmiş kimi duyğularını  qələmə alırsan. Beləliklə  bir  daha  kağızın dəyərini  anlayırsan çarəsiz  olduğun zaman  ən yaxınında bir kağız bir də qələm olur. Bax budur səssiz duyğuların səsli ifadəsi.

Fəridə Söhrabqızı

Astarainfo.az