Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna səfər edib.
N. Aslanov rayona səfəri zamanı seçicilərini qəbul edib. Qəbul deputatın İsmayıllı şəhərində yerləşən ofisində baş tutub.
Qəbula gələn sakinlər əsasən şəxsi məişət problemləri və sosial yönümlü problemlərlə bağlı deputata müraciət ediblər. Bəzi məsələləri yerindəcə həll edən millət vəkili həlli zaman tələb edən digər məsələlərlə bağlı əlaqədar qurumlara rəsmi müraciət ediləcəyini bildirib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...