Bu gün Azərbaycan millisinin baş məşqçisi postuna təyin olunan Qurban Qurbanovun postunda debüt vaxtı bəllidi. Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssisin yığmanı çıxaracağı ilk qarşılaşmanın tarixi FİFA-nın təqvimində də əksini tapıb.
Belə ki, milli komandaların görüşləri ali futbol qurumunun təqviminə əsasən keçirilir. Burada oyunlar üçün növbəti “pəncərə” noyabrın 6-14-nü əhatə edir.
Lakin öncədən elan olunduğu kimi, millimiz bu ay heç bir oyuna çıxmayacaq. Həm də hələlik baş məşqçi postunun sahibi sayılan Robert Prosineçki yalnız müqaviləsi başa çatandan sonra postu Qurbanova verəcək. Noyabr “pəncərə”si isə məhz xorvatiyalının dövrünə təsadüf edir.
Yeni baş məşqçi üçün ilk imkan isə 2018-ci ilin martında olacaq. Həmin ayın 19-27-də milli komandaların oyunları üçün ilin ilk “pəncərə”si açılacaq. Qurbanovun da millidəki rəsmi debütü bu tarixə təsadüf edəcək.
Düzdü, tarixə nəzər salsaq, futbol ənənəsi ilə seçilməyən ölkələrin yığmaları bu çərçivədən də kənara çıxır. Elə yığmamız da dəfələrlə “pəncərə”dən kənar matçlar keçirib. Həmin görüşlər adətən FİFA tərəfindən də tanınmır. Qarşılaşmaların tanınması üçün hər iki federasiya – həm AFFA, həm yığmanın rəqibini təmsil edən assosiasiya dünya futbol qurumuna müraciət etməlidi.
Amma yığmamızın adəti üzrə belə oyunlar keçirdiyi yanvarın sonu – fevralın əvvəlində klublarımız Premyer Liqaya hazırlaşacaq. Artıq yığmada klubda çalışan mütəxəssis işlədiyindən milli üçün çempionatın qurban verilməsi də inandırıcı deyil. Bu isə o deməkdi ki, AFFA “pəncərə” qaydasına əməl edəcək və debüt martın 19-27-də gerçəkləşəcək.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...