“Yeni Azərbaycan Partiyası daxilində 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıqlar aparılır. Partiyada əvvəlki təcrübələrin yekunu qurulur, seçki prosesində siyasi kadrlar dəqiqləşdirilir, cəmiyyətin əhval-ruhiyyəsi öyrənilir, yeni siyasi texnologiyalar hazırlanır və sair. İstədiyimiz etimadı doğrultmaq və yenidən qazanmaqdır”.
Bu sözləri Modern.az saytına açıqlamasında YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
Deputat YAP-ın VI qurultayının keçirilməsinin hələ ki, gündəlikdə olmadığını deyib.
“Bu barədə hər hansı bir məlumatım yoxdur. Ona görə də partiyanın qurultayının nə zaman keçiriləcəyi barədə məlumat verə bilmərəm”.