YAP prezident seçkisinə HAZIRLAŞIR

“Yeni Azərbaycan Partiyası daxilində 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıqlar aparılır. Partiyada əvvəlki təcrübələrin yekunu qurulur, seçki prosesində siyasi kadrlar dəqiqləşdirilir, cəmiyyətin əhval-ruhiyyəsi öyrənilir, yeni siyasi texnologiyalar hazırlanır və sair. İstədiyimiz etimadı doğrultmaq və yenidən qazanmaqdır”.

Bu sözləri Modern.az saytına açıqlamasında  YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat  Aydın Mirzəzadə deyib.

Deputat YAP-ın VI qurultayının keçirilməsinin hələ ki, gündəlikdə olmadığını deyib.

“Bu barədə hər hansı bir məlumatım yoxdur. Ona görə də partiyanın qurultayının nə zaman keçiriləcəyi barədə məlumat verə bilmərəm”.