Demək olar ki, təbiətdə olan bütün bitkilər orqanizmimiz üçün olduqca faydalıdır. İnsanın elə bir xəstəliyi yoxdur ki, onun əlacı təbiətdə olmasın. Belə şəfalı bitkilərdən biri də keçibuynuzudur. Keçibuynuzu 5-10 metr boyunda, qışda yarpaqlarını tökməyən həmişəyaşıl və yay aylarında yaşıl rəngli çiçəklər açan, qara buynuz şəklində meyvələri olan bir ağacdır. Keçibuynuzu meyvəsindən hazırlanan bəhməzin sağlamlığa faydaları isə saymaqla bitmir. Ailem.az keçibuynuzu bəhməzinin möcüzəvi faydalarını sadalayır.

Nəfəs daralmasına təsirli 

Bəlğəmi azaldır, sinəni yumşaldır, bronxları açır, siqaret çəkənlərə faydalıdır və nəfəs daralmasına olduqca təsirlidir.

Qripə, öskürəyə faydalıdır

Tərkibindəki E vitamini sayəsində öskürəyə, qripə, sümük əriməsinə və qansızlığa kömək edir.

ciyər xərçənginin qarşısını alır

İnsanlığın ən dəhşətli bəlası olan ağciyər xərçənginin qarşısını 90 faiz alma gücünə malikdir.

Radiasiyanı çıxarır

İnsan orqanizminə daxil olan radiasiyanı xaric edir.

Bağırsaq narahatlıqlarını aradan qaldırır

 

Yüksək xam seluloz tərkibi ilə bağırsaq narahatlıqlarına və qastritə faydalıdır. Mədə və bağırsaq qazlarını xaric edərək mədədəki köpüi azaldır. Bağırsaq qurdu, soxulcan kimi bağırsaq parazitlərini təmizləyir. Mədəyə qüvvət verir.

Yara və iltihabları sağaldır

Bakteriyanı yoxedici xüsusiyyəti ilə yara və iltihabların asanca sağalmasına kömək edir.

Təbii güc və qida qaynağı

Tərkibindəki yüksək təbii şəkər, zəngin minerallar (xüsusilə sink) və vitaminlər (A, B, B2, B3, D) sayəsində təbii güc və qida qaynağıdır.

Diş və diş ətlərinə faydalıdır

Yüksək mineral və vitamin tərkibi ilə diş və diş əti üzərində çox müsbət təsirləri var.

Ürəkdöyünmənin qarşısını alır

Ürəyə faydalıdır, ürəkdöyünmənin qarşısını alır.

Qandakı zəhərli maddələri təmizləyir

Yüksək sodium və potasium tərkibi sayəsində təzyiq, qaraciyər və ağciyərə çox faydalı təsirləri var. Qandakı zəhərli maddələri təmizləyir.