Yunanıstanda keçirilən şahmat üzrə Avropa komanda çempionatının 6-cı turunda Azərbaycan yığması Ermənistan millisi ilə qarşılaşıb.
Astarainfo.az “Report” -a istinadən xəbər verir ki, Azərbaycan millisi rəqibi 2.5:1.5 hesabı ilə məğlubiyyətə uğradıb.
Komandaların bir nömrələrinin qarşılaşmasında Şəhriyar Məmmədyarov Levon Aronyana uduzub.
Üçüncü lövhədə komandanın digər üzvü Arkadi Naydiç isə erməni rəqibi Qabriel Sarqsyanla heç-heçə edib.
İkinci lövhədə ağ fiqurlanla oynayan Teymur Rəcəbov 52-ci gedişdə Sergey Movsesyanı, komandanın 4 nömrəsi Rauf Məmmədov isə 92-ci gedişdə Qrant Melkumyanı məğlub edib.
Bu, Ermənistan yığmasının turnirdə üç qələbə və iki heç-heçədən sonra ilk məğlubiyyəti olub.
Azərbaycan yığması 6 turdan sonra 9 xalla Xorvatiya ilə 3-4-cü yerləri bölüşür.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...