“Fitch” agentliyi Venesuelanın suveren reytinqini “C” səviyyəsinədək endirərək Karakasın borc öhdəliklərini yerinə yetirməməsi ehtimalının yüksək olduğunu bəyan edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl analoji qərar “Standard & Poor’s” agentliyi tərəfindən dərc edilib. Agentlik Venesuelanın reytinqini “ССС” səviyyəsindən “СС”-dək azaldıb.
Reytinqin azaldılması rəsmi Karakasın ölkənin xarici borcunun restrukturizasiyası və borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi fonunda baş verib.
Qeyd edək ki, bir çox ekspertlərin rəyinə görə hazırda Venesuelanın xarici borcu 150 milyard dollara çatır.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...