Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) 2017-2018-ci illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.
“APA-Economics” “Interfax” agentliyinə istinadən xəbər verir ki, proqnoza əsasən, 2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 4,8 mlrd. dollar təşkil edəcək. Beləliklə, bu il AMB-nin valyuta ehtiyatları 20% artacaq. 2016-cı ilin sonuna tənzimləyicinin balansında olan ehtiyatlarının həcmi təxminən 4 mlrd. dollar olub.
IMF 2018-ci ildə ehtiyatların 5,7 mlrd. dollaradək artacağını proqnozlaşdırır ki, bu da 2017-ci illə müqayisədə 18,8% artım deməkdir.
Qeyd edək ki, 2017-ci ilin oktyabrın 1-nə AMB-nin valyuta ehtiyatlarının həcmi 5 mlrd. 167,5 mln. dollar təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 30% çoxdur.
Proqnozdan belə məlum olur ki, oktyabr ayının 1-nə olan göstərici ilə müqayisədə ilin sonunadək AMB-nin ehtiyatları 367,5 mln. dollar azalacaq.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...