Pomidorlu yaşıl mərcimək şorbasının RESEPTİ

Havaların soyuması ilə mətbəxlərdə müxtəlif şorbaların bişirilməsi artıb. Ailem.az bu dəfə sizə pomidorlu yaşıl mərcimək şorbasının bişirilmə qaydasını təqdim edir.

Ərzaqlar:

1 ədəd soğan
3 diş doğranmış sarımsaq
2 ədəd dəfnə yarpağı
250 qr konservləşdirilmiş qırmızı bibər
2 xörək qaşığı pomidor tomatı
250 qr yaşıl mərcimək
3 xörək qaşığı zeytun yağı
1 litr su
Duz
İstiot

Hazırlanması:

Doğranmış soğanları zeytun yağı ilə qazanda qovurun və ona dəfnə yarpağı ilə sarımsağı əlavə edin. Sonra qazana tomatı və doğradığınız bibəri də tökün. Mərciməkləri başqa bir qabda qaynadıb, sonra onu da qazana əlavə edib, yavaşca qarışdırdıqdan sonra suyu tökün. Şorbanı 40 dəqiqə az odda bişirin. Duz və istiot səpərək isti-isti servis edin.

Nuş olsun!