Qızıl 9 dollar ucuzlaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,10% – 23 539,19 bəndədək, S&P 500 0,31% – 2 587,84 bəndədək, NASDAQ isə 0,74% – 6 764,43 bəndədək bahalaşıb.
APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,07% – 7 560,35 bəndədək, Almaniya DAX-ı 0,28% – 13 478,86 bəndədək, Fransa CAC-40-ı isə 0,14% – 5 517,97 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,90 dollar azalaraq 1 269,20 dollara, gümüşün qiyməti isə 0,30 dollar azalaraq 16,83 dollara satılıb.