Təyyarələr eniş edə bilmədi – Güclü küləyə görə 04/11/2017 Share on facebook Twitter tweet Rusiyanın Krasnoyarsk şəhərində güclü küləklə əlaqədar 6 təyyarə hava limanına eniş edə bilməyib. Trend-in məlumatına görə, eniş edə bilməyən təyyarələr yaxınlıqdakı digər hava limanlarına yönləndirilib və ya geri qayıdıb. Qeyd olunur ki, 4 reys Abakan şəhərinə, bir reys Kemerovo şəhərinə yönləndirilib. Məlumata görə, Novosibirskdən olan reys isə geri qayıdıb.