Ağcabədidə baş verən qəzada ölənin kimliyi məlum olub – YENİLƏNİB

Ağcabədi rayonunda qəzada  ölənin kimliyi məlum olub.

APA-nın Qarabağ muxbirinin xəbərinə görə, rayonun Boyad kəndində baş verən qəzada Rahib Məmmədovun idarə etdiyi  “VAZ-21011” markal,  “59 BB 191”  nömrə nişanlı maşında olan sərnişin Məmmədov Şamo Qulu oğlu ölüb.

R. Məmmədovun idarə etdiyi avtomobil Şamil Mirzəyevin idarə etdiyi   “VAZ 2107” markalı “90 XZ 185” qeydiyyat nişanlı  avtomobillə toqquşub. Xəstəxanaya yerləşdirilən hər iki sürücünün vəziyyəti orta ağırdır.

Qeyd edək ki, qəzada yaralanan sürücü Məmmədov Rahib Sahib oğlu, Azərbaycanlı əsgər, “Qırmızı Ulduz” ordeni laureatı, Rahib Məmmədovun qardaşı oğludur və onun adını daşıyır. 20 yaşlı Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub.

***

20:05

Ağcabədi rayonunda  iki “VAZ” markalı avtomobil toqquşub.

APA-nın Qarabağ muxbirinin xəbərinə görə, hadisə rayonun Boyat kəndində baş verib.
Hadisə nəticəsində Boyat kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Şamil Ramiz oğlu və 1997-ci il təvvəllüdlü Ağdam rayonu, Mahrızlı kənd sakini Məmmədov Rahib Sahib oğlu xəsarət alıb.

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağırdır. Qəza nəticəsində həyatını itirən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.