Bakıda dana və quzu ətinin qiyməti ucuzlaşıb. Bir neçə gün əvvələ qədər 11-12 manata təklif edilən dana ətinin qiyməti 10 manata, 13 manata təklif edilən quzu ətinin qiyməti isə 11 manatda qərarlaşıb.
Lent.az xəbər verir ki, ət kəsimi məntəqlərindəki satıcılar Modern.az-a bunun alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqəli olduğunu deyiblər.
Qeyd edək ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti sürətlə bahalaşıb. Devalvasiyadan əvvəl dana ətinin qiyməti 7 manat 7 manat 50 qəpik, quzu əti isə 8 manat 8 manat 50 qəpik olub. Sürətli bahalaşma ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kolatan kəndində səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə, müəssisə...