Bakıda 1 saylı internat məktəbində yanğın olub

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda 1 saylı internat məktəbin tikilməkdə olan korpusunda otağın yanar konstruksiyaları 24 m² sahədə və içərisində olan yataq dəsti yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.