Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə “Bayrağımız qürur mənbəyimizdir!” devizi altında veloyürüş təşkil edib.
DTX-nin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, DTX-nin təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Velosiped Federasiyasının dəstəyi ilə keçirilən veloyürüş DTX-nin inzibati binası qarşısından başlayıb, Heydər Əliyev Sarayının qarşısında Heydər Əliyevin abidəsi önündə başa çatıb.
Ümumi marşrutu 12 km olan və DTX sədri Mədət Quliyevin də iştirak etdiyi veloyürüşə 300-dək velosipedçi qatılıb.

Aksiya iştirakçıları Heydər Əliyev abidəsi önünə əklil qoyublar.