Çin 2030-cu ilədək süni intellekt sahəsində lider olmağı hədəfləyir

“Google Alphabet” şirkətinin rəhbəri Erik Şmidt çinli mütəxəssislərin süni intellektin yaradılmasında yüksək bacarıq və qabiliyyətə malik olduqlarını bildirib. O hesab edir ki, Çin 2025-ci ilədək süni intellektin hazırlanması sahəsində ABŞ-a çatacaq.
AZƏRTAC “Life” resursuna istinadla xəbər verir ki, E.Şmidtin sözlərinə görə, Çinin süni intellekt sahəsində lider olmasına az vaxt qalıb.
Məlumata görə, şirkət rəhbəri qeyd edib ki, süni intellektin inkişafında hərbi və digər dövlət sifarişçiləri ilə yanaşı, özəl şirkətlər də böyük rol oynayır. “Çin mütəxəssisləri ABŞ-ın “Microsoft”, “IBM”, “OpenAI” və “Facebook” kimi nəhənglərinin nailiyyətlərinə “Alibaba” və “Baidu” servislərinə alqoritmlərin uğurlu tətbiqi ilə cavab veriblər”, – deyə şirkət rəhbəri vurğulayıb.