Çinin ilk elektrik təyyarəsi sınaq uçuşunu gerçəkləşdirib.
Astarainfo.az Publika.az – a istinadən xəbər verir ki, Çinin Aviasiya İnstitutu tərəfindən hazırlanan “RX1E” elektrik təyyarəsinin təkmilləşdirilmiş versiyası olan “RX1E-A” ilk uçuşunu müvəffəqiyyətlə başa vurub.
Təyyarə pilotdan əlavə 1 nəfər sərnişin üçün nəzərdə tutulub. 2 saat havada qalan təyyarəyə təhlükəsiz eniş məqsədilə paraşüt qoyulub. Sürəti saatda 160 kilometr olan təyyarənin xarici ölkələrə ixrac ediləcəyi deyilib.
Təyyarənin hazırlanmasına 151 min dollar pul xərclənib.