İsrail hava qüvvələri tarixində ən böyük təlimlərinə başlayıb

İsrail 7 ölkənin nümayəndə heyətlərinin iştirakı ilə tarixində ən iri aviasiya təlimlərinə başlayıb.   

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, noyabrın 16-dək davam edəcək “Mavi bayraq” adlandırılan təlimlərə Almaniya, Yunanıstan, Hindistan, İtaliya, Polşa, ABŞ və Fransa Hərbi-Hava Qüvvələri iştirak edir.
Təlimlərə gələn xarici ölkələrin hərbi təyyarələri Eylat şəhəri yaxınlığındakı “Uvda” aviabazasında yerləşdirilir.
 “Təlimlərdə 1000-dən çox təyyarəçi, texniki və inzibati heyət üzvləri iştirak edir”, – deyə ordunun mətbuat xidmətinin məlumatında bildirilir.