Astarainfo.az xəbər verir ki, Səhiyyə Nazirliyi və Bakı Ürək Mərkəzinin birgə təşkilatçılığı ilə“Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin profilaktikası,diaqnostikası və müalicəsində yeniliklər mövzusunda region həkimlərinin iştirakı ilə Lənkəranda Regional Kardiovaskulyar Simpozium keçirilib.
Simpozumu giriş sözü ilə açan Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının və Bakı Ürək Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov bildirilmişdir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də uğurlu inkişaf müşahidə olunur.Azərbaycanda səhiyyə sahəsi dünya elmində baş verən yeniliklərlə daim zənginləşir və insanlara keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində mühüm addımlar atılır.Səhiyyənin bütün sahələrində inkişaf çox yüksək səviyyədə olduğu kimi Ürək-damar xəstəlikləri sahəsində də Azərbaycanın uğurları hədsiz çoxdur.
Rəşad Mahmudov simpoziumda təcilli vəziyyətlərdə ürək infarktı zamanı insanlara lazım olan xidmətin qısa müddət ərzində aparılması, qəfləti ürək ölümü, səyrici aritmiyanın diaqnostikası və müalicəsi, bayılma, ürəyin xronik işemik xəstəliyi, intervensiya tələb edən kliniki hadisələr və digər mövzularda çıxış etmişdir.
O qeyd etmişdir ki, bu simpoziumun keçirilməsində əsas məqsəd Azərbaycanda ürək-damar xəstəlikləri ilə əlaqəli mübarizədə səhiyyənin imkanlarını daha yüksək səviyyədə çatdırmaq, ürək-damar xəstəliyindən əziyyət çəkən insanlara bu sahədə olan yenilikləri çatdıra bilmək və bu xidmətin ən yüksək səviyyəyə gəlməsini saxlıya bilməkdir.
Həmçinin ürək və damar xəstəliklərinin ayrı-ayrı aspektlərdən tədqiqinə dair müxtəlif maraqlı məruzələr təqdim olunub.Simpoziumda Bakı Ürək Mərkəzin kardiocərrahı Şahin Xəlilov kəskin miokard infarktı zamanı ilkin angioplastika,hiperteniya xəstəliyi-səsiz qatil, həmin mərkəzin doktoru Mədinə Yüzbaşova anadangəlmə ürək-damar xəstəliklərinə ümumi baxış, doktor Ağakişi Yəhyayev endovaskulyar intervesiyalar, doktor Xəyyam Eyvazov ürək-damar xəstəlikləri və diabet mövzusunda öz fikir və mülahizələrini simpozium iştirakçıları ilə bölüşüblər.
Sonda Rəşad Mahmudov vurğulamışdır ki, bu toplantılar ənənəvi hal şəklində sadəcə Lənkəranda deyil bundan sonra ölkəmizin digər bölgələrində də keçirilməsi planlaşdırılıb.
Fəridə Söhrabqızı
Astarainfo.az