Rusiya Suriya Xalqlarının Konqresini təxirə salıb

Rusiya Türkiyənin etirazı ilə əlaqədar noyabrın 18-də təşkil etməyi planlaşdırdığı SuriyaXalqlarının Konqresini təxirə salıb.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
İ. Kalın deyib ki, Rusiya toplantıya PKK terror təşkilatının Suriya qolu PYD-nin dəvət edilməyəcəyini də Ankaranın nəzərinə çatdırıb.