Ərdoğanın Moskvaya səfərinin tarixi açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edərək, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Türkiyə prezidentinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, danışıqlar Soçi şəhərində keçiriləcək.
Qeyd edək ki, R.T.Ərdoğan sonuncu dəfə Rusiyaya bu ilin mayın 3-də səfər edib.