Azərbaycanda yeni ASC yaradıldı – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb Astarainfo.az AzərTAc-a istinadən xəbər verir ki, “ASK” ASC-nin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində olan və “ASK” ASC-nin mülkiyyətinə veriləcək əmlak hesabına formalaşır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bir ay müddətində aşağıdakılarla bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir.