Amerikanın “Qellap” institutu dünyanın ən bədbəxt ölkələrinin siyahısını açıqlayıb.
Cənubi Sudan, Haiti və Ukrayna ilk üçlükdə qərarlaşıb. Ukrayna belə bir siyahıda yeganə Avropa ölkəsidir.
Ukrayna əhalisinin 41 faizi çətin vəziyyətdədir və bədbəxt sayıla bilər.
Cənubi Sudanda bu rəqəm 47%, Haitidə isə 43 %-dir.
İnstitutun məlumatına əsasən, Ukrayna əhalisinin cəmi 9%-i inkişaf edir, 50 % isə keçid dövründədir.
İnstitutun məlumatına əsasən insanlar yaxın beş il ərzində həyatlarını 10 ballıq şkala ilə dəyərləndirirlər. 7 və daha yuxarı bal inkişaf, 4 və aşağı bal isə bədbəxt mənasına gəlir.
Sosioloqlar dünyanın ən xoşbəxt ölkələrinin də adını açıqlayıblar: Norveç, Danimarka və İslandiya.İki-Sahil