Fransanın Azərbaycandakı səfirliyi viza almaq üçün yeni qaydaları açıqlayıb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, fransız vizalarının yeni mərkəzi olan CAPAGO şirkəti Bakıda « Globus Center » -də, Cəfər Cabbarlı küçəsi № 609 ünvanında yerləşir və çərşənbə axşamı, 7 noyabr 2017-ci il tarixində açılacaq.
Yuxarıda göstərilən tarixdən başlayaraq bu şirkət əvvələr fransız vizaları üçün təqdim olunan sənədlərin baxılmasını həyata keçirən TLS şirkətini əvəz edəcək.
CAPAGO tərəfindən idarə olunan fransız viza mərkəzi, Bazar ertəsindən Cümə gününə qədər, saat 9:00-dan 17:00 kimi açıq olacaq.
Yeni viza mərkəzi aşağıda göstərilən işləri həyata keçirəcək:
görüşlərin alınması
viza ilə bağlı sualların cavablandırılması
fransız viza mərkəzində əhalinin qəbulu
viza müraciətlərinin qəbulu
barmaq izlərinin alınması
xidmət xərclərinin toplanması (standart qiymət 26 avro) və viza xərclərinin toplanması
pasportların geri qaytarılması (görüş götürməyə eytiyyac olmayacaq və yuxarıda göstərilən saatlarda geri qaytarılacaq)
« Işguzar» müştərilər üçün yüksək keyfiyyətdə xidmət göstərən « Premium » salonu yaradılıb. Qiymət 80 AZN (Viza rüsümdan savayı)
Yeni fransız viza mərkəzində görüş götürmək üçün France Visas saytına daxil olmaq lazımdır: https://france-visas.gouv.fr/web/az, sonra isə təklif olunan linklərə daxil olub CAPAGO saytında görüş götürmək olar.
CAPAGO internet ünvanı : https://fr-az.capago.eu/
E-mail : infofrance-az@capago.eu
Telefon nömrəsi : 012 310 0710
Beləliklə, viza üçün müraciətlər 7 noyabr 2017-ci il tarixindən etibarən səfirliyin viza bölməsində qəbul olunmayacaq (Azərbaycanın rəsmi və diplomatik pasport sahibləri istisna olmaqla).
İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza müraciətlər CAPAGO şirkəti tərəfindən idarə olunan yeni fransız viza mərkəzində baxılacaq.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...