İraqın Nəcəf şəhərinə Ərbəin ziyarətinə gedən azərbaycanlı zəvvarlardan daha bir nəfəri dünyasını dəyişib.
Astarainfo.az-ın APA-a istinadən məlumatına görə Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Ağakişiyev Fikrət Abdulxaliq oğlunun ötən gün ziyarət zamanı qəflətən halı pisləşib və o, ürəktutmadan vəfat edib.
Ailə üzvlərinin razılığı ilə mərhum ötən gecə azərbaycanlı zəvvarların müşayiəti ilə dünyanın ən böyük qəbiristanlığı hesab edilən Nəcəf şəhərinin Vadi-əs-Salam məzarlığında dəfn edilib.
Göyçayda tanınan şəxs olan Fikrət Ağakişiyev Bakıda uzun illər bir neçə tanınmış müğənninin prodüseri, eləcə də şoumen kimi çalışıb.
Qeyd edək ki, İraqı ziyarət edən azərbaycanlı zəvvar, Yardımlı rayon sakini Rauf Həbullah oğlu Musayev də noyabrın 4-də dünyasını dəyişib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...