Sinqapur turistlər üçün ən bahalı şəhər seçilib. Trend-in məlumatına görə, Sinqapur artıq dördüncü dəfədir ki, ardıcıl bu titulu qazanan meqapolis olub.
Britaniyanın “Economist Intelligence Unit” (EIU) jurnalının dərc etdiyi məlumata görə, burada avtomobil almaq kimi, paltar almaq da bahalı olsa da, ev üçün bəzi məhsulların, eləcə də gigiyena məhsullarının qiymətləri dünyanın bəzi meqapolislərindəki qiymətlərlə müqayisədə ucuzdur.
Jurnalın dərc etdiyi siyahıya əsasən ikinci yeri Honkonq tutub. Onun ardınca siyahıda Sürix, Tokio və Osaka gəlir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...