Vyetnamda baş verən “Damri” qasırğası zamanı 3 sutka ərzində 44 nəfər ölüb, 19 nəfər itkin düşüb.
APA-nın məlumatına görə, bu barədə yerli “Tin Tuc” agentliyi xəbər yayıb.
Ölkənin Milli Koordinasiya Şurasının açıqladığı məlumata əsasən hadisə nəticəsində 40 mindən çox evi su basıb. 30 min insan öz evini tərk etməyə məcbur qalıb. Bir çox bölgələrə elektrik enerjisinin nəqli dayanıb. 40 min hektar kənd təsərrüfatı əraziləri, ölkənin şimalı ilə cənubunu birləşdirən dəmir yolu xətti və avtomobil magistralları suyun altında qalıb.
“Damri” qasırğası ölkədə son 20 ildə baş verən ən böyük qasırğa hesab olunur.