Yaponiyalı alimlər bağırsaq xərçəngini 1 saniyədən daha az müddətdə müəyyənləşdirən süni intellekt cihazı hazırladıqlarını bildirib.
“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, 250 xəstədə olan şişlər bu cihaz vasitəsilə analiz edilib və onların bədxassəli olub-olmamaları 1 saniyədən daha az müddətdə müəyyənləşdirilib.
Yokohama Şova Universitetindən professor Yuiçi Mori bildirib ki, süni intellekt cihazı poliplərə kolonoskopiya zamanı optik biopsiya edir.
Sistemin istifadəyə verilməsi üçün hələlik rəsmi icazə alınmayıb, lakin gələcəkdə çox sayda xəstəni yanlış diaqnozdan və əməliyyatlardan xilas edəcəyi gözlənilir.
Varvik Universitetinin rəhbərliyi ilə çalışan bir qrup alim isə minlərlə insanın bədənindəki şiş və immun hüceyrələrindən ibarət məlumat bazası yaradır. Bununla müxtəlif növ xərçəngləri dərhal tanıyacaq alqoritmlər yaratmaq mümkün olacaq.