Xaricdə yaşayan daha bir idmançıdan medal sevinci

Kanadanın Kvebek əyalətində Cüdo üzrə Beynəxalq Açıq Çempionat keçirilib.
Astarainfo.az Milli.Az -a istinadən xəbər verir ki, tədbir əyalətin mərkəz şəhəri sayılan Monrealda Clod Robilyar adına idman kompleksində baş tutub. Yarışda 14, 16, 18, 21-yaşlı idmançılarla birgə oğlanlar və veteranlar mübarizə aparıb.
Bu yarışda Xaricə Yaşayan Azərbaycanlı İdmançılar Birliyinin üzvü, Amerikada yaşayan cüdocu Sədi Abdinov iştirak edib. Idmanmçımız yarışda 3-cü yeri tutaraq bürünc medala sahib çıxıb.